Bakıda 16 avtobusun hərəkət sxemi dəyişdirilir
Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar 29 sentyabrdan 16 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Azmedia.Az xəbər verir ki, dəyişiklik 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli marşrutlara aiddir.
Avtobusların bir hissəsinin hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şosesi ilə təşkil olunacaq. Digər marşrutlar üçün alternativ istiqamətlər müəyyənləşdirilib.
7-ci mikrorayon sakinləri üçün Abay Kunanbayev küçəsi – “Dərnəgül” m/st istiqamətində 3 nömrəli marşrutdan ayrılmış avtobuslar ödənişsiz xidmət göstərəcək.//baku.es


