ABŞ-dan Azərbaycanla bağlı 907-ci düzəliş üzrə mühüm addım

ABŞ-dan Azərbaycanla bağlı 907-ci düzəliş üzrə mühüm addım

Vaşinqton Azərbaycanın 907-ci düzəliş çərçivəsində tətbiq olunan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması ilə bağlı Konqresi məlumatlandırıb.

Azmedia.Az xəbər verir ki, ABŞ Dövlət Departamenti bununla bağlı müvafiq sənədi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərib.

1992-ci ildə qəbul olunan 907-ci düzəliş ABŞ-ın Azərbaycana dövlət yardımının göstərilməsini məhdudlaşdırır.

2001-ci ildə isə ABŞ prezidentinə müəyyən şərtlər daxilində bu məhdudiyyətlərin tətbiqini dayandırmaq səlahiyyəti verilib.


Məhz 2001-ci ildən bu yana ABŞ prezidentləri 907-ci düzəlişlə bağlı məhdudiyyətlərin dayandırılması qərarını hər il yeniləyərək, bu barədə Konqresi məlumatlandırırlar.