Ağdamda bədbəxt hadisə: Gənc qız sirkə turşusu içib
Ağdamda gənc qlz su əvəzinə səhvən sirkə turşusu içib
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Əfətli kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Aytac Hüseynova ehtiyatsızlıq və təsadüf nəticəsində su əvəzinə sirkə turşusu içib.
Ağır durumda olan zəhərlənən şəxs doğmaları tərəfindən dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra o paytaxta tibb klinikalarından birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


