Ağdaşda 78 yaşlı qadın nərdivandan yıxılaraq ağır xəsarət aldı
Ağdaşda 78 yaşlı qadın nərdivandan yıxılaraq ağır xəsarət alıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etidyi məlumata görə, hadisə yaşlı qadının yaşadığı fərdi təsərrüfatda baş verib.
Belə ki, 1948-ci il təvəllüdlü Şıxlı kənd sakini Rəhimova Hamilə İsa qızı nərdivanda olarkən müvazinətini itirərək yerə yıxılıb.
Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.
Ehtiram Muradov
Azmedia.Az


