Ağdaşda ağır qəza: sürücü avtomobildə sıxılaraq ölüb
Bakı-Qazax magistralının Ağdaş ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az xəbər verir ki, hadisə magistralın rayonun Əmirarx kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı “Mercedes” və “Ateqo” markalı iki yük maşını toqquşub. Qəza nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və həyatını itirib.
Məlumata görə, qəzada ölən şəxs 46 yaşlı Cabbar Cabbarovdur.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və həkim briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


