Ağdaşda yol qəzası: Piyada xəsarət alıb

Ağdaşda yol qəzası:

Ağdaşda piyadanı avtomobil vurub.   

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Avtomobil yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Kamran Oruclunu vurub. Yaralı piyada xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az