Ağdaşda yol qəzası: İki nəfər xəsarət alıb

Ağdaşda yol qəzası:

Ağdaşda avtomobil qəza törədib, yaralananlar var

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumatına görə, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində baş verib.

İlkin məlumata əsasən, idarəetmədən çıxan "VAZ-21099" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 2004-cü il təvəllüdlü Rəmzi Elnuroğlu Elnur oğlu və 1994-cü il təvəllüdlü Həmid Fətullayev Gündüz oğlu xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az