Anar Nəcəfli vəzifəsindən azad edilib

Anar Nəcəfli vəzifəsindən azad edilib

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin tutduğu vəzifədən azad edildiyi bildirilir.

Azmedia.Az xəbər verir ki, məlumata görə, Anar Nəcəfli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Hazırda onun vəzifədən hansı səbəbdən kənarlaşdırıldığı ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Anar Nəcəfli uzun müddət AAYDA-nın ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərib. O, 2015-ci ildə “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi. 

///gününsesi.info