“Arsenal” “Mançester Siti”ni məğlub edərək Community Shield-i qazandı

“Arsenal” “Mançester Siti”ni məğlub edərək Community Shield-i qazandı

“Arsenal” İngiltərədə mövsümün ilk böyük kuboklarından birinə sahib çıxıb. London təmsilçisi “Mançester Siti”ni məğlub edərək Community Shield-in qalibi olub.

Azmedia.Az xəbər verir ki, qarşılaşmada “Arsenal” rəqibi üzərində parlaq qələbə qazanaraq İngiltərə futbol mövsümünə kubokla başlayıb.

“Topçular” matç boyunca inamlı oyun nümayiş etdirib və “Mançester Siti” üzərində üstünlük əldə edərək Community Shield kubokunu başı üzərinə qaldırıb.

Bu nəticə “Arsenal” üçün yeni mövsüm öncəsi mühüm uğur hesab olunur.

Qeyd edək ki, "Topçular" bu kuboku  sonuncu dəfə məhz 2023-cü ildə  "Mançester Siti"ni məğlub edərək  qazanmışdı, indi də finalda "Şəhərlilər"i məğlub edib tarixində 18-ci dəfə bu kuboku yiyələnmiş oldu.