Bakıda diqqətçəkən görüntü: Heydər Əliyev Mərkəzi Ukrayna rənglərinə büründü- FOTO
Bakının simvollarından biri olan Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb.
Azmedia.Az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə hesabında paylaşım edib.
Səfir paylaşımında Bakının axşam görüntüsünün xüsusi görkəmdə olduğunu qeyd edərək Azərbaycana təşəkkürünü bildirib.
“Bakı bu axşam xüsusilə möhtəşəm görünür! Azərbaycana ürəkdən təşəkkürlər!”, – deyə Yuri Qusev paylaşımında yazıb.


