Bakıda gənc qız intihara cəhd edib - FOTO
Bakının Nərimanov rayonu ərazisində inihara cəhd hadisəsi qeydə alınıb.
Azmedia.Az xəbər verir ki, hadisə Mövsüm Sənani küçəsi 153 ünvanında baş verib. İlkin məlumata görə, gənc qız həyatını sonlandırmaq istəyib.
Əraziyə cəlb olunan polis əməkdaşları operativ müdaxilə edərək gənclə psixoloji söhbət aparıb və onu bu fikrindən daşındıra biliblər. Nəticədə, vətəndaşın həyatı xilas edilib. Hadisənin səbəbləri ilə bağlı hazırda araşdırma aparılır.


