Bakı–Qəbələ–Bakı qatarlarının hərəkət qrafiki dəyişir

Bakı–Qəbələ–Bakı qatarlarının hərəkət qrafiki dəyişir

Sentyabrın 19-dan etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarların hərəkət günlərində dəyişiklik ediləcək.

Azmedia.Az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, dəyişiklik ənənəvi mövsümlərarası keçidlə əlaqədardır.

Yeni qrafikə əsasən, Bakıdan Qəbələyə qatarlar şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.

Sərnişinlərə sentyabrın 19-dan sonrakı səfərlərini planlaşdırarkən yeni hərəkət qrafikini nəzərə almaları tövsiyə olunur.