Böyük Qayıdış davam edir: 3 kəndə yeni köç karvanları yola düşdü- FOTO

Böyük Qayıdış davam edir: 3 kəndə yeni köç karvanları yola düşdü-

İşğaldan azad edilən ərazilərə qayıdış prosesi çərçivəsində Xocavənd və Şuşa rayonlarının daha üç kəndinə sakinlərin köçürülməsinə başlanılıb.

Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman, eləcə də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndlərinə köç karvanları yola salınıb.

Köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir.

İlk mərhələdə Quzeyxırman kəndinə 18 ailə – 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə – 103 nəfər köçürülüb.

Şuşanın Kiçik Qaladərəsi kəndinə isə ilk mərhələdə 11 ailə – 39 nəfər yerləşdirilib.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sakinlər, həmçinin torpaqlarımızın işğaldan azad olunmasında böyük qəhrəmanlıq göstərən Azərbaycan Ordusunun hərbçilərinə, şəhidlərimizə və qazilərimizə minnətdarlıqlarını ifadə ediblər.