Coratda qətlə yetirilən Şəhanə ilə bağlı yeni detallar – şahidlər hadisəni danışıblar VİDEO
Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanovanın qətlə yetirilməsi ilə bağlı hadisənin şahidləri baş verənləri danışıblar.
Azmedia.Az xəbər verir ki, Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanovanın qətlə yetirilməsi ilə bağlı yeni detallar məlum olub.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 33 yaşlı Əsgər Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Şəhanə İmanovanın həyat yoldaşından boşanmaq istədiyi və tərəflərin ayrı yaşadığı bildirilir. Cütlüyün birgə nikahdan bir azyaşlı övladı olub.
Hadisə şahidləri qətlin baş verdiyi anları da danışıblar.
Şahidlərdən biri bildirib ki, Əsgər Hüseynov uşağı təhvil vermək üçün gəlib və daha sonra evə daxil olub:
“Gəldi uşağı təhvil verməyə. Ondan sonra girdi içəri. Uğura dedi ki, gəl səni öpüm. Sonra əyilib xalamın başından tutdu. Biz həmin vaxt mətbəxə keçdik. Sonra gördüm ki, nəsə qışqırıq səsləri gəlir. Xalamın boynunu, qolunu yarmışdı. Bizə dedi ki, gedin, yoxsa sizi də bıçaqlayacağam. Biz də qaçdıq ki, qonşulara deyək, 103-ə zəng vuraq”.
Mərhumun anası isə qızının üç il əvvəl ailə qurduğunu bildirib. Onun sözlərinə görə, Şəhanə həyat yoldaşı tərəfindən dəfələrlə təhdid edilib.
Hadisədən sonra Əsgər Hüseynov saxlanılıb və faktla bağlı araşdırma aparılır.
///baku tv


