“Əhmədli” stansiyasında sərnişin qatar yoluna düşüb – 9 dəqiqəlik yubanmaya səbəb oldu

“Əhmədli” stansiyasında sərnişin qatar yoluna düşüb –

“Əhmədli” metro stansiyasında qadın sərnişinin qatar yoluna düşməsi səbəbindən metroda hərəkətdə qısa müddətli gecikmə yaranıb.

Azmedia.Az xəbər verir ki, hadisə bu gün saat 18:40 radələrində “Əhmədli” stansiyasında baş verib.

“Bakı Metropoliteni” QSC-dən  bildirilib ki, qatar yoluna düşən qadın dərhal təmas relsindəki yüksək gərginlikdən çıxarılıb və əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

Sərnişinin stansiya yolundan çıxarılması üçün zəruri tədbirlər görülüb. Daha sonra qadın qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.

Hazırda hadisənin səbəbləri ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yüksək gərginliyin bərpasından sonra qatar hərəkətini davam etdirib. Hadisə nəticəsində metroda qatarların hərəkət intervalında 9 dəqiqəlik yubanmaya yol verilib.

///report