Ərdoğandan “Terrorsuz Türkiyə” prosesi ilə bağlı mühüm açıqlama

Ərdoğandan “Terrorsuz Türkiyə” prosesi ilə bağlı mühüm açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Terrorsuz Türkiyə” prosesi çərçivəsində mühüm siyasi nəticə əldə edildiyini və tarixi addım atıldığını açıqlayıb.

Azmedia.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısında çıxışı zamanı danışıb.

Ərdoğan “Terrorsuz Türkiyə” prosesi çərçivəsində əldə edilən nəticənin mühüm siyasi razılaşmanın göstəricisi olduğunu bildirib.

Türkiyə lideri qeyd edib ki, ölkəsi bu istiqamətdə tarixi addım atıb. Onun sözlərinə görə, daha əvvəl görünməmiş 467 səslə əldə olunan razılaşma nəticəsində prosesə güclü dəstək verilib.

Ərdoğan vurğulayıb ki, Türkiyə xalqı terror məsələsinin bir daha gündəmə gətirilməməsi ilə bağlı qətiyyətli mövqe ortaya qoyub.

Türkiyə Prezidenti bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə çağırıb. O, cəmiyyətin həssas məqamlarını gərginləşdirə biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib.

“Hamı sağlam düşüncə ilə hərəkət etməli, cəmiyyətin həssaslığını nəzərə almalıdır. Türkiyənin büdrəməsindən fayda gözləyənlərə material verməkdən uzaq durmaq lazımdır. Əgər bu mövqeyimizdən geri çəkilsək, ölkəmiz qızıl dəyərində olan illərini itirəcək”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, avqustun 8-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) müvafiq komissiyası “Terrorsuz Türkiyə”yə dair qanun layihəsini təsdiqləyib.