İlham Əliyev: Azərbaycan İranla bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəkləyir-

İlham Əliyev: Azərbaycan İranla bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəkləyir-

Azərbaycan Prezidenti İlham Əliyev İranla bağlı yaranmış vəziyyətin danışıqlar və sülh yolu ilə həll edilməsinin vacibliyini bildirib.

Azmedia.Az xəbər verir ki, dövlət başçısı bu barədə avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüşü zamanı danışıb.

İlham Əliyev Azərbaycanın İranın üzləşdiyi mövcud şəraitdə göstərdiyi dəstəyin qardaşlıq münasibətlərinin nümunəsi olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.