İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı paylaşım edilib- FOTO

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı paylaşım edilib-

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edilib.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı foto paylaşılıb. 

Paylaşım Prezidentin rəsmi X hesabında da təqdim olunub. 

Qeyd edək ki, 27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir. 

Bu gün Vətən müharibəsində şəhid olan hərbçilərin xatirəsi dərin ehtiramla yad edilir.