İlham Əliyev və Mehriban Əliyeva 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində- FOTO
Qırğızıstanın paytaxtında 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi təşkil olunub.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Bişkekdə keçirilən tədbirdə 6-cı Dünya Köçəri Oyunlarının rəsmi açılışı elan olunub.
Azərbaycan Prezidentinin və birinci xanımın mərasimdə iştirakı tədbirin iştirakçıları arasında olub.
Keçirilən Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları bir araya gətirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir.
Tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm beynəlxalq platforma hesab olunur.
Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdiyi Oyunlar çərçivəsində köçəri xalqların tarixən formalaşdırdığı ənənəvi idman növləri üzrə yarışlar keçirilir. Proqramda atçılıq, güləş, oxatma və digər milli idman növləri yer alır.
Sentyabrın 6-dək davam edəcək tədbir çərçivəsində iştirakçı ölkələrin zəngin mədəni irsi, milli adət-ənənələri və özünəməxsus mədəni nümunələri də təqdim olunur.


