Tacikistanın Baş naziri Koxir Rasulzoda Zəfər parkını ziyarət edib

Tacikistanın Baş naziri Koxir Rasulzoda Zəfər parkını ziyarət edib

Azərbaycanda səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda sentyabrın 24-də Bakıda Zəfər parkını ziyarət edib.

Azmedia.Az xəbər verir ki, Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda Zəfər parkında olub.

Ziyarət zamanı qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Koxir Rasulzoda Zəfər abidəsinin önünə əklil qoyub.

Tacikistanın Baş nazirinə Zəfər parkının yaradılmasının məqsədi barədə ətraflı məlumat verilib. Bildirilib ki, park Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın və əldə etdiyi tarixi Zəfərin yaddaşlarda yaşadılması, eləcə də şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. 

Qeyd edək ki, Koxir Rasulzoda sentyabrın 25-də də Fəxri xiyabanı ziyarət edib. O, burada Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, gül dəstələri düzərək xatirəsinə ehtiramını ifadə edib.

Tacikistanın Baş naziri, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.