İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçılarına müraciət edib.
Müraciət Forumun açılışı zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov tərəfindən səsləndirilib.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu gün Bakıda Prezident İlham Əliyevin himayəsi altında öz işinə başlayıb.
Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, eləcə də biznes ictimaiyyətinin təmsilçilərini bir araya gətirib. Tədbir çərçivəsində qlobal iqtisadi gündəm, investisiya imkanları və regional əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.


