Kürdəmirdə avtomobili su arxına düşən sürücü Bakıya aparılır

Kürdəmirdə avtomobili su arxına düşən sürücü Bakıya aparılır

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Azmedia.Az xəbər verir ki, hadisə ötən gün Bakı-Qazax avtomagistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Heyran Şükürovanın idarə etdiyi “Kia” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarında yerləşən su arxına düşüb.

Qəza zamanı avtomobildə olan sərnişin də xəsarət alıb.

Hadisədən sonra ilkin tibbi yardım göstərilib. Paytaxt sakini, Mingəçevir şəhərində anadan olan sürücü və sərnişin Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

İlkin müayinə və tibbi yardımın göstərilməsindən sonra vəziyyəti daha ağır qiymətləndirilən H.Şükürovanın müalicəsini paytaxt klinikalarından birində davam etdirməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

 Ehtiram Muradov

Azmedia.Az