“Liverpul” Ronald Arauxonun transferi ilə bağlı “Barselona” ilə razılığa gəldi - RONALD ARAUXO “LİVERPUL”DA

“Liverpul” Ronald Arauxonun transferi ilə bağlı “Barselona” ilə razılığa gəldi -

"Liverpul” Ronald Arauxonun icarəsi üçün “Barselona” ilə razılığa gəlib.

Azmedia.Az saytı xarici mənbələrə istinadən xəbər verir ki, “Liverpul” “Barselona”nın uruqvaylı müdafiəçisi Ronald Arauxonu icarəyə götürmək üçün klubla razılığa gəlib. 

Tərəflər arasında şifahi razılaşma əldə olunub. 27 yaşlı futbolçu 2026/27 mövsümünü “Liverpul”da keçirəcək. Razılaşmada mövsümün sonunda Arauxonu transfer etmək üçün məcburi olmayan satınalma bəndinin də yer aldığı bildirilir. 

Qeyd edək ki, Arauxonun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir. Onun “Barselona” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Uruqvaylı müdafiəçi həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqeyində çıxış edə bilir. “Liverpul”un onun transferində əsas məqsədi müdafiə xəttini gücləndirməkdir.