Lukaku “Fənərbaxça”ya keçir – RƏSMİ
Belçikalı hücumçu Romelu Lukaku “Napoli”dən “Fənərbaxça”ya transfer olunub.
Azmedia.Az xarici mənbəyə istinadən xəbər verir ki, transfer rəsmi olaraq təsdiqlənib. Lukakunun İstanbul klubuna keçidi üçün 6 milyon avrodan çox məbləğ ödəniləcək.
Beləliklə, Romelu Lukaku karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Qeyd edək ki,Romelu Lukaku 2024-cü ilin avqustundan "Napoli"klubunda çıxış edir. Onun Neapol təmsilçisi ilə bağladığı müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Belçikalı ötən mövsüm 7 matçda forma geyinib cəmi 1 qolla yadda qalıb.


