MAXAÇEVDƏN NÖVBƏTİ QƏLƏBƏ! ÇEMPİONLUQ KƏMƏRİNİ QORUDU VİDEO

MAXAÇEVDƏN NÖVBƏTİ QƏLƏBƏ! ÇEMPİONLUQ KƏMƏRİNİ QORUDU

İslam Maxaçev UFC-də növbəti qələbəsini qazanaraq yarımorta çəki divizionunda çempionluğunu davam etdirib.

Azmedia.Az xəbər verir ki, İslam Maxaçev UFC 330 turnirində İan Qerrini yekdil hakim qərarı ilə məğlub edərək yarımorta çəkidə çempionluq kəmərini qoruyub.

Bu qələbə Maxaçev üçün UFC-də ardıcıl 17-ci zəfər olub.

Bununla da 34 yaşlı döyüşçü UFC tarixində ardıcıl qələbələr sayında Anderson Silvanın 16 qələbəlik göstəricisini geridə qoyub.

Maxaçevin peşəkar karyerasında hazırda 29 qələbə və 1 məğlubiyyət var. Beləliklə, İslam Maxaçev həm çempionluq titulunu qoruyub, həm də UFC-də ardıcıl qələbələr üzrə yeni göstəriciyə imza atıb.