Mingəçevir su anbarında faciə: Balıq tutan kişi öldü
Mingəçevir su anbarında balıq tutan şəxs ölüb.
Azmedia.Az-ın məlumatına görə, hadisə Mingəçevir su anbarı hövzəsində yerləşən çimərliklərdən birində baş verib. Həvəskar qaydada balıq tutmaq üçün əraziyə gedən 1964-cü il təvəllüdlü şəhər sakini Osmanov Maarif Yaqub oğlu orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


