71 yaşlı kişi qonşusunu 10 manata başqa şəxslərlə görüşdürdü – yaşlı kişiyə hökm oxundu

71 yaşlı kişi  qonşusunu 10 manata başqa şəxslərlə görüşdürdü – yaşlı kişiyə hökm oxundu

Biləsuvar rayonunda qadını fahişəliyə cəlb etməkdə və yaşadığı evi əxlaqsızlıq yuvasına çevirməkdə təqsirləndirilən 71 yaşlı kişi məhkəmə qarşısına çıxarılıb.

Azmedia.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1955-ci il təvəllüdlü, rayon sakini R.Kərimov (şərti ad) saxlanılıb. Onun yaşadığı evdə digər şəxslər də aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, ailə üzvləri Bakıda yaşayan R.Kərimov Biləsuvarda tək qaldığı evdə qonşuluğunda yaşayan qadını fahişəliyə cəlb edərək müxtəlif şəxslərlə görüşdürüb. Bunun müqabilində isə 10 manat pul alıb.

Təqsirləndirilən şəxs ifadəsində qadının anasının ona xeyli miqdarda borcu olduğunu, həmin məsələni müzakirə etmək məqsədilə qadını evinə dəvət etdiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvası saxlama) maddələri ilə cinayət işi başlanıb.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə R.Kərimov hər iki maddə üzrə təqsirli bilinib. Ona 3500 manat cərimə və qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilib.