Mingəçevirdə 40 yaşlı kişiyə şüşə qabı ilə xəsarət yetirildi

Mingəçevirdə 40 yaşlı kişiyə şüşə qabı ilə xəsarət yetirildi

Mingəçevirdə 40 yaşlı kişiyə şüşə qabı ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumatına görə, hadisə N.Nərimanov küçəsində qeydə alınıb. Mübahisə və münaqişə zəmnində 40 yaşlı şəhər sakini Rəvan Əliyevə şüşə qabı, "butulka" ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Emin Hüseynov saxlanılıb. 
Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az