Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, yaralananlar var - VİDEO
Mingəçevirdə idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb, yaralananlar var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumatlna görə, hadisə M.Maqomayev və 20 yanvar küçələrinin kəsişməsindəki yol dairəsi yaxınlığında baş verib. Qadın sürücünün idarə etdiyi "Hunday" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılaraq onu aşırıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 32 yaşlı Aysel Ağayeva və 37 yaşlı Mərziyə Mustafayeva xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


