Mingəçevirdə avtomobil motosikletlə toqquşub, yaralanan var

Mingəçevirdə avtomobil motosikletlə toqquşub, yaralanan var

Mingəçevirdə avtomobil motoskletlə toqquşub, yaralanan var.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə H.Əliyev prospektinin Kür çayı yaxınlığından keçən hissəsində baş verib. "KİA" markalı avtomobil motosikletlə toqquşub. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 49 yaşlı motosiklet sürücüsü Mehman Səfərov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az