Mingəçevirdə mübahisə zamanı - Kərpiclə baş yardılar

Mingəçevirdə mübahisə zamanı -

Mingəçevirdə mübahisə zamanı kərpiclə 60 yaşlı kişinin başını yarıblar.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Energetiklər küçəsində baş verib.Mübahisə zamanı 1966-cı il təvəllüdlü şəhər sakini Cümşüd Əmrahovun baş nayihəsinə kərpiclə xəsarət yetirilib.Yaralı kişi xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az