Mingəçevirdə qəza – bir nəfər yaralanıb
Mingəçevirdə yol qəzası olub, yaralanan var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektinin köçkün şəhərciyi yaxınlığında baş verib. Hərəkətdə olan "Opel" markalı avtomobil ilkin məlumata görə işıqforda dayanıqlı vəziyyətdə olan "Volsvaqen" markalı nəqliyyat vasitəsinə çırpılması nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü Feyhruz Məmmədov xəstəxanaya çatdırıllb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


