Mingəçevirdə şam ağacı yola aşdı – hərəkətə maneə yarandı FOTO
Mingəçevirdə güclü külək nəticəsində ağacın kökündən qoparaq avtomobil yoluna aşması nəqliyyatın hərəkətində çətinlik yaradıb.
Azmedia.Az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Ş. İ. Xətai küçəsində baş verib.
Qəfil kökündən ayrılan şam ağacı avtomobil yoluna aşaraq yolu bağlayıb. Ağac həmçinin hərəkətdə olan Kia markalı avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində avtomobilə ziyan dəydiyi bildirilir.
Baş verən hadisə ilə bağlı yolun açılması və yaranmış fəsadların aradan qaldırılması məqsədilə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Əməkdaşlar ağacın yol ərazisindən götürülməsi istiqamətində iş aparıblar.
Ehtiram Muradov
Azmedia.Az


