Mingəçevirdə təmir işləri görən usta vəfat edib
Mingəçevir Dövlət Universitetində təmir işləri aparan usta iş zamanı qəfil dünyasını dəyişib.
Azmedia.Az xəbər verir ki, hadisə Mingəçevir Dövlət Universitetində təmir işləri görülən zaman baş verib.
1983-cü il təvəllüdlü Ruslan Seyidzadənin digər həmkarları ilə birlikdə MDU-da təmir işləri apardığı bildirilib. İş zamanı onun qəfildən halı pisləşib.
İlkin müayinə zamanı ustanın ürək tutmasından vəfat etdiyi müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


