Nazirliklərdə yeni vakansiyalar: Maaş 3 700 manatdan çoxdur

Nazirliklərdə yeni vakansiyalar: Maaş 3 700 manatdan çoxdur

Azərbaycanda dövlət qurumlarında işləmək istəyənlər üçün yeni vakansiyalar elan olunub. Təklif olunan vəzifələr arasında yüksək əməkhaqqı ilə seçilən iş yerləri də var.

Azmedia.Az xəbər verir ki, müxtəlif nazirliklər üzrə elan edilən vakansiyalarda əməkhaqqı 3 700 manatdan çoxdur.

Vakansiya elan edən nazirliklər və vakant yerlərin sayı belədir:

  • Mədəniyyət Nazirliyi – 1 vəzifə üzrə 1 yer;
  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 2 vəzifə üzrə 2 yer;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 7 vəzifə üzrə 7 yer;
  • Energetika Nazirliyi – 2 vəzifə üzrə 2 yer;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 3 vəzifə üzrə 3 yer;
  • Gənclər və İdman Nazirliyi – 11 vəzifə üzrə 11 yer;
  • Müdafiə Sənayesi Nazirliyi – 3 vəzifə üzrə 3 yer.

Beləliklə, qeyd olunan nazirliklər üzrə ümumilikdə 29 vakant yer təqdim olunur.