Nəvəsinin ali məktəbə qəbulunu qeyd etmək istəyird: aş bişirərkən yanğın çıxdı- FOTO

Nəvəsinin ali məktəbə qəbulunu qeyd etmək istəyird: aş bişirərkən yanğın çıxdı-

Mingəçevirdə nənə nəvəsinin ali məktəbə qəbul olunmasını qeyd etmək üçün aş bişirərkən gözlənilməz hadisə ilə üzləşib. Kiçik həcmli qaz balonunun partlaması nəticəsində yanğın baş verib.

Azmedia.Az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 7 ünvanında qeydə alınıb.

Məlumata görə, yaşlı qadın həyət şəraitində kiçik həcmli qaz balonunun üzərində aş bişirdiyi zaman balonun partlaması nəticəsində yanğın başlayıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasına imkan verməyərək yanğını nəzarətə götürüblər və təhlükənin qarşısını alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az