Ölkəmizdə ən gənc müəllim neçə yaşındadır?
2026-cı il üzrə Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin yaş göstəriciləri açıqlanıb.
Azmedia.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Məlumata görə, hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər arasında ən gənc müəllimin 19, ən yaşlı müəllimin isə 81 yaşı var.
Beləliklə, ölkənin dövlət ümumi təhsil müəssisələrində müxtəlif yaş qruplarından olan müəllimlər pedaqoji fəaliyyətlərini davam etdirirlər.


