Pensiyalarla bağlı ŞAD XƏBƏR: artım olacaq – Belə hesablayın

Pensiyalarla bağlı ŞAD XƏBƏR: artım olacaq –

Azərbaycanda işləməyə davam edən pensiyaçıların ödənişlərində iki mərhələli artım nəzərdə tutulur. Belə ki, ilk növbədə pensiyalar indeksləşdiriləcək, ikinci hissədə isə işlədikləri dövrdə topladıqları pensiya kapitalı yenidən hesablanacaq. Hazırda pensiya yaşı çatsa da işləməyə davam edən təxminən 200 minə yaxın vətəndaşın fərdi hesabında sosial sığorta ödənişləri toplanmaqda davam edir. Bu vəsaitlərin yenidən hesablanması nəticəsində onların pensiyalarının bir hissəsinin 2026-cı ildə artırılması nəzərdə tutulur.

Pensiya nə qədər arta bilər?

Azmedia.Az xəbər verir  ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, yaşa görə əmək pensiyasına çıxarkən vətəndaşın pensiya kapitalı 144 əmsalına bölünür:

“My.gov.az” portalında toplanmış pensiya kapitalını görmək mümkündür. Vətəndaş həmin məbləği 144-ə bölməklə, alacağı pensiyanı təxmini hesablaya bilər. Burada vacib məqamlardan biri də işləyən təqaüdçülərlə bağlıdır. Belə ki, 65 yaşına çataraq pensiyaya çıxan, lakin işləməyə davam edən şəxslərin əməkhaqqından yenə də pensiya fonduna ödənişlər tutulur və onların pensiya kapitalı artmağa davam edir. Qanunvericiliyə əsasən, işləyən pensioner 65 yaşdan sonra daha 6 il işləyərsə, həmin müddətdən sonra onun təqaüdü yenidən hesablanır. Məsələn, şəxs 65 yaşında pensiyaya çıxıb 71 yaşına qədər işləməyə davam edibsə, bu yaşda pensiyası yenidən hesablanacaq, 6 il ərzində pensiya fonduna ödənilən əlavə vəsait pensiyasının üzərinə əlavə olunacaq”.