Premyer Liqada ilk turun oyun cədvəli bəlli oldu TARİXLƏR
2026/2027 mövsümündə Misli Premyer Liqasının ilk turunda keçiriləcək qarşılaşmaların vaxtı və məkanı müəyyənləşib. Turun oyunları 14–17 avqust tarixlərində baş tutacaq.
Azmedia.Az xəbər verir ki, Misli Premyer Liqasının 2026/2027 mövsümünün ilk turunun qarşılaşma cədvəli açıqlanıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, “Sabah” və “Kəpəz” klublarının müraciətləri nəzərə alınaraq, beynəlxalq oyunlarla əlaqədar bu komandaların ilk və ikinci dövrədəki qarşılaşmalarının yerləri dəyişdirilib.
I tur
14 avqust
19:30 — “Turan Tovuz” – “Qəbələ”
📍 Tovuz şəhər stadionu
15 avqust
18:30 — “Araz-Naxçıvan” – “İmişli”
📍 Qəbələ şəhər stadionu
20:45 — “Sabah” – “Kəpəz”
📍 “Bank Respublika Arena”
16 avqust
19:00 — “Sumqayıt” – “Neftçi”
📍 “SOCAR Polymer Arena”
21:00 — “Zirə” – “Şəfa”
📍 Zirə İdman Kompleksinin stadionu
17 avqust
19:30 — “Qarabağ” – “Şamaxı”
📍 Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, ilk turun bütün görüşləri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayacaq.


