Prezidentdən yeni təyinat – Dövlət Statistika Komitəsinin sədr müavini dəyişdi- FOTO

Prezidentdən yeni təyinat – Dövlət Statistika Komitəsinin sədr müavini dəyişdi-

Dövlət Statistika Komitəsində rəhbər vəzifədə dəyişiklik edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Səbuhi Əliyev komitənin sədr müavini təyin olunub. 

Azmedia.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Yusif Yusifov Dövlət Statistika Komitəsinin sədr müavini vəzifəsindən azad edilib. Onun yerinə Səbuhi Əliyev təyin olunub. 

Yeni sədr müavini 1983-cü ildə anadan olub. O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.

Səbuhi Əliyev 2004-2005-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçib. 

O, 2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə isə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb.

2019-cu ildə Vergilər Nazirliyində fəaliyyət göstərib. 2019-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi işləyib. 

Səbuhi Əliyev 2019-2024-cü illərdə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb.

O, 19 avqust 2024-cü ildən 13 aprel 2026-cı ilə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini vəzifəsində işləyib. 

Səbuhi Əliyev 14 aprel 2026-cı ildən 24 avqust 2026-cı ilə qədər Dövlət Statistika Komitəsi sədrinin müşaviri, 24 avqust 2026-cı ildən 7 oktyabr 2026-cı il tarixinə qədər isə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsini tutub. 

O, dövlət qulluğunun baş müşaviridir. Səbuhi Əliyev Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Səbuhi Əliyev ailəlidir və iki övladı var.