Putin təcili müşavirə çağırdı - Nə baş verir?

Putin təcili müşavirə çağırdı -

Rusiya Prezidenti Vladimir Putin yanacaq bazarındakı mövcud vəziyyətlə bağlı keçirilən müşavirədə bildirib ki, hazırda ölkənin neft emalı zavodlarının gücləri maksimum səviyyədə istifadə olunur və daxili bazara əvvəlcədən toplanmış yanacaq ehtiyatları çıxarılır. Prezident vurğulayıb ki, dinc obyektlərə qarşı edilən terror hücumlarının yanacaq sektoruna vurduğu ziyanın minimuma endirilməsi üçün ciddi tədbirlər görülür. Bu məqsədlə neft emalı zavodlarında cari təmir müddətləri qısaldılıb, planlı təmir işləri isə daha sonrakı dövrə keçirilib.

Azmedia.Az xəbər verir ki, Vladimir Putin iyul ayında əsas yanacaq növlərinin istehsal həcminin iyun göstəricilərini üstələməli olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ölkədə 1,7 milyon ton benzin ehtiyatı mövcuddur ki, bu da ötən illə müqayisədə cəmi 4% azalma ilə demək olar ki, keçən ilin səviyyəsinə bərabərdir. Bununla yanaşı, hökumət daxili bazarda sabitliyi təmin etmək üçün dizel yanacağının ixracına tam qadağa qoyulması məsələsini nəzərdən keçirir. Prezident etiraf edib ki, ölkədə yanacaqdoldurma məntəqələrində növbələr müşahidə olunur və lazımi markalı benzinlər hər zaman satışda olmaya bilər, buna görə də yaranmış çatışmazlıqların operativ şəkildə aradan qaldırılması üçün müvafiq qurumlara göstəriş verilib.//nocomment