“Qarabağ” üçün həlledici gecə: Davam, yoxsa tamam?

“Qarabağ” üçün həlledici gecə: Davam, yoxsa tamam?

Bu gün “Qarabağ” UEFA Konfrans Liqasında növbəti mərhələyə vəsiqə uğrunda vacib cavab oyununa çıxacaq. 

Azmedia.Az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bakıda Ukraynanın “Dinamo Kiyev” klubunu qəbul edəcək.

İlk görüşdə Kiyevdə 0:1 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası doğma meydanda bu nəticəni dəyişərək mərhələ adlamağa çalışacaq.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq.

“Qarabağ” iki oyunun nəticəsinə əsasən “Dinamo Kiyev”i mübarizədən kənarlaşdıracağı təqdirdə pley-off mərhələsində “Tvente” – DAC 1904 cütünün qalibi ilə qarşılaşacaq.