Rəşad Aslanov Türkiyədə səfir kimi fəaliyyətinə başladı – etimadnaməsinin surətini təqdim etdi

Rəşad Aslanov Türkiyədə səfir kimi fəaliyyətinə başladı – etimadnaməsinin surətini təqdim etdi

Azərbaycanın Türkiyədəki yeni fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov diplomatik fəaliyyətinə rəsmən başlayıb.

Azmedia.Az xəbər verir ki, Rəşad Aslanov etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsinin baş direktor müavini Mustafa Cem Gündüzə təqdim edib.

Səfir bu barədə “X” sosial media hesabında paylaşım edib.

Rəşad Aslanov paylaşımında etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsinin baş direktor müavininə təqdim etməkdən məmnunluq duyduğunu bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 24-də imzaladığı sərəncamla Rəşad Aslanov Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.