Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ:

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Azmedia.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.

Bildirilib ki, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq.

Məlumata görə, avqustun 3-də saat 05:00-dan 07:00-dək Məktəb, Xətai Qəsəbə və Asfalt Zavod hava elektrik verilişi xətləri üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bunun nəticəsində Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələrində, həmçinin Abbas Zamanov və Xətai küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd olunub ki, yenidənqurma işləri başa çatdıqdan sonra göstərilən ərazilərin abonentlərinin elektrik enerjisi ilə təchizatı bərpa ediləcək.