Fərid Şəfiyevə 3 müavin də təyin edildi

Fərid Şəfiyevə 3 müavin də təyin edildi

Xəbər verdiyimiz kimi, bu gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub.

Azmedia.Az-ın məlumatına görə, dövlət başçısının müvafiq sərəncamları ilə Mərkəzin İdarə Heyəti sədrinə 3 müavin də təyin edilib.

Bunlar Fərhad Məmməd oğlu Məmmədov, Cavid İsmayıl oğlu Vəliyev və Gülşən Məmmədəli qızı Paşayevadır.//qafqazinfo