Magistraturada 2 illik təhsil dəyişə bilər: deputatdan yeni təklif
Azərbaycanda magistratura təhsilinin müddətinin azaldılması ilə bağlı təklif irəli sürülüb.
Azmedia.Az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında magistratura təhsilinin müddətinin bir ilə endirilməsi təklif olunub.
Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda hər il magistraturaya qəbul zamanı 4 mindən çox plan yeri boş qalır.
Onun sözlərinə görə, gənclərin magistraturaya marağının azalmasının səbəblərindən biri təhsilin iki il davam etməsidir.
Deputat magistratura təhsilinin müddətinin bir ilə endirilməsini təklif edib.
Qeyd edək ki, sözügedən fikir hazırda təklif xarakteri daşıyır. Magistratura təhsilinin müddətinin dəyişdirilməsi ilə bağlı hər hansı qərarın qəbul edilməsi barədə məlumat verilməyib.


