Ucal təcili yardım gecikdiyi üçün ölüb? - RƏSMİ
Şəkidə ötən gün baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb. Hadisənin birbaşa şahidi olan, Coşqun Məmmədovun nişanlısı Nazlı xanım açıqlama verərək faciə zamanı yaşananları danışıb. Onun sözlərinə görə, Ucal Məmmədov hadisədən sonra bir müddət həyatda olub. Lakin təcili tibbi yardımın əraziyə gec çatması onun həyatını xilas etmək mümkün olmayıb.
Azmedia.Az məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, sentyabrın 8-i saat 14:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerinin 37 km məsafədə yerləşməsinə baxmayaraq, təcili tibbi yardım briqadası qısa müddət ərzində ünvana çatıb. Hadisə yerinə çatma müddəti 17 dəqiqə təşkil edib. Hadisənin yüksəklikdən yıxılma nəticəsində baş verdiyi müəyyən edilib. Hadisə yerində politravma diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.//news24


