Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU

Azərbaycanda ata oğlunun toyunda

Şirvanda toyda insident yaşanıb.

Azmedia.Az xəbər verir ki, hadisə “Aytac” şadlıq sarayında baş verib.

Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətdə olan polis əməkdaşları küçədən keçərkən mahnının səsini eşidiblər.

Hüquq-mühafizə orqanı əməkdaşları şadlıq evinə daxil olaraq, kriminal məzmunlu mahnının səsləndirilməsinə irad bildiriblər. Lakin 1 dəqiqə keçməmiş həmin musiqi yenidən səsləndirilib.

Həmçinin bəyin 48 yaşlı atası polisin qanuni tələbinə tabe olmayıb. Nəticədə o saxlanılaraq, polis şöbəsinə aparılıb. Burada onun barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə bəyin atası 15 gün müddətinə inzibati qaydada həbs olunub.//lent