Təhsil Sektorunda yeni təyinat - FOTO
Ağdaş Təhsil Sekroruna yeni rəhbər təyin olunub.
Azmedia.Az-ın məlumatına görə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Rəşidli Zeynal Elşad oğlu Ağdaş şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Zeynal Rəşidli 2024-cü ilin avqust ayından etibarən Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib. Eyni zamanda, hazırda Mingəçevir Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
Ehtiram Muradov
Azmedia.Az


