Türkmənistanda Xəzər Ekoloji Sammiti keçirildi – İlham Əliyev çıxış etdi- FOTO

Türkmənistanda Xəzər Ekoloji Sammiti keçirildi – İlham Əliyev çıxış etdi-

Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər dənizinin ekologiyasına həsr olunan beynəlxalq sammitin geniş tərkibdə iclası keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib.

Azmedia.Az xəbər verir ki, oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə çıxış edib.

Tədbir Xəzər dənizinin ekoloji məsələlərinin müzakirəsi və sahilyanı dövlətlər arasında əməkdaşlıq baxımından əhəmiyyət daşıyan görüşlərdən biri kimi diqqət çəkir.

Prezident İlham Əliyev çıxışında Xəzər dənizinin nadir ekosisteminin qorunmasının bütün sahilyanı dövlətlərin ortaq vəzifəsi olduğunu bildirib. Dövlət başçısı, həmçinin Xəzəryanı ölkələr arasında formalaşdırılmış hüquqi çərçivəyə və 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əhəmiyyətinə toxunub.